Son günlər sosial şəbəkələrdə qanunsuz kazino və loto qrupları aktivləşib.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, xüsusilə “Telegram” platformasında yaradılan bu qruplarda iştirakçılara onlayn kazino, loto oyunları, guya sərfəli mərc imkanları təklif edilir. Bununla da bir çox hallarda həmin şəxslər böyük məbləğdə pul itirir.
Sosioloq Elçin Bayramlı bildirib ki, bir çox ölkələrdə bu kimi oyunlara giriş məhdudlaşdırılır. Ancaq bizdə vəziyyət ürəkaçan deyil.
Sosioloq onu da əlavə edib ki, son dövrlərdə bu oyunların qurbanları içərisində uşaqları da görmək mümkündür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) “Xəzər Xəbər”ə bildirilib ki, məsələ nəzarət götürülüb.
Ətraflı süjetdə: