Suriyanın Hələb şəhərində ölkənin ən böyük stadionu olan Beynəlxalq Stadionda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, məlumatı Suriyanın “Al-Masry Al-Youm” agentliyi yayıb.
Qeyd olunur ki, Hələb Beynəlxalq Stadionu 75 min tamaşaçı tutumuna malikdir.
İlkin məlumata əsasən, yanğın bir qrup naməlum şəxs tərəfindən törədilib.
Yanğının səbəbləri barədə rəsmi məlumat verilmir.