Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə səfər edib.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.
Türkiyə liderini Qahirə Beynəlxalq Hava Limanında Misirin rəsmi şəxsləri qarşılayıblar.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşü gözlənilir.