Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Günel Firuz qızı İsmayılova piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Xəsarət alan G.İsmayılova xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.
Sürücü məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.