Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində sözügedən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində agentliyin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işindən azad edilib.
Məhərrəm Əliyev