“Suriya tamamilə Türkiyənin nəzarətinə keçdi. Hətta bu o səviyyədə aşkar bir məsələdir ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da bundan sonra regionla bağlı Türkiyə ilə əməkdaşlıq edəcəyini vurğulayıb”.
Bunu Suriyada baş verən prosesləri şərh edən jurnalist Turan İbrahimov deyib.
O, Suriyanın faktiki rəhbəri olan Əhməd Əl-Şaraanın müsahibələrində Əsəd rejiminin devrilməsində Türkiyənin rolunu vurğuladığına diqqət çəkib.
“Eyni zamanda, onun mesajlarından belə başa düşülür ki, Suriyada gələcək idarəçilik hazırda Türkiyədə iqtidarda olan AKP-nin siyasi ideologiyasına uyğun olacaq. İslamçı, amma demokratik ənənələrə üstünlük verilən siyasi yanaşma ilə partiya qurulacaq”, – deyə jurnalist əlavə edib.
Ətraflı Baku TV-nin süjetində: