Ərdoğan: “Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq”

“Türkiyə hökumət qurumlarının yaradılmasında və konstitusiya hazırlanmasında Suriyaya kömək edəcək”.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Culani – red.) ilə məsləhətləşmələrə başlayıb.

Türkiyə lideri əlavə edib ki, yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

“Biz onları (Suriyanın yeni hakimiyyətini nəzərdə tutur – red.) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, – deyə R.T.Ərdoğan qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More