“Fənərbağça” braziliyalı hücumçunu heyətinə qatdı

İstanbulun “Fənərbağça” klubu braziliyalı hücumçu Anderson Taliskanı heyətinə cəlb edib.

Oxu.Az bu barədə Türkiyənin “Devre” nəşrinə istinadən xəbər verib.

Mənbə yazır ki, 30 yaşlı A.Taliska ilinə 9 milyon avro məvacib alacaq. Üstəlik futbolçu vurduğu hər beş qola görə 500 min avro bonus qazanacaq.

Qeyd edək ki, futbolçu 2021-ci ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun uğurları üçün tər tökür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More