Feminist “Yuva” maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun

Son günlər əks-sədası dinməyən “Meydan TV” işi ətrafında baş verən proseslər xüsusilə diqqət çəkir.

Bu məqsədlə etibarlı mənbənin verdiyi bir sıra yeni məlumatları ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq zərurəti yaranır.

“Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin (BJM) faktiki rəhbəri Ülvi Tahirovun ətrafında davam etdirilən araşdırmalarla onun həyat yoldaşı feminist dəstə kimi tanınan “Yuva” Humanitar Mərkəzinin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqələrdə olan FEMACT MMC-nin direktoru feminist Pərvanə Məmmədova barəsində bir sıra detalları diqqətinizə çatdıraq. Belə ki, sözügedən şəxslər barəsində 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə müxtəlif qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən maliyyə vəsaitləri əldə etmə faktları müəyyən olunub. Təbii ki, bu məqamda gender bərabərliyi, qadın haqları kimi qulağa xoş gələn ifadələr, əslində, əsl mahiyyətin gizlədilməsi məqsədi daşıyıb. Həmin dəstəyə cəlb olunan şəxslərin üzərindən əldə edilən iri məbləğlər əsl nəzərdə tutulan istiqamətlərdə, təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilində sərf edilib. Bir sözlə, xarici mərkəzlərin maşa kimi istifadə etdiyi “Meydan TV” və digər təxribat qruplarının üzvlərinin yemlənməsinə xərclənib.

Bu kontekstdə bir sıra xarici donor təşkilatları və yerli kamuflyaj təşkilatlar arasında mövcud olmuş şübhəli maliyyə əməliyyatlarına nəzər salınmalıdır. Mənbənin təqdim etdiyi sənədlərdə hər şey açıq-aşkar üzə çıxır.

Məsələn, 2016-2022-ci illərdə İsveçin “Kvinna till Kvinna” donor təşkilatından “Gənc Qadın və Qızların Liderlik Proqramı” (Young Women and Girls Leadership Program), “Gənc qadınların cəmiyyətdə sülhyaratma fəallığı” (Young women”s peacebuilding activism in the society), “Ümid Mərkəzi – Gənc Qadınların Gücləndirilməsi” (Umid (Hope) Center -Young Women Empowerment) və “COVID-19-a cavab olaraq ÜMİD icmasına dəstək” (Support to UMID community as response to COVID-19) adlı layihələr üzrə 600500 manat, həmçinin, 2022-2023-cü illərdə Birləşmiş Krallığın “Müharibə və Sülh Xəbərləri İnstitutu” (IWPR – Institute for War and Peace Reporting) donor təşkilatından “Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdırılması prosesində gender məsələsinin ön plana çıxarılması (Gender mainstreaming of resettlement process of IDP from Karabakh) layihəsi üzrə 73000 manat sözügedən dəstənin ixtiyarına verilib.

Mənbə qeyd edir ki, sistemli araşdırmalar zamanı məlum dəstənin layihələrlə əlaqəli əldə etdikləri təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və “Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib.

Azərbaycan dövlətinin ölkədaxili sabitliyi qorumaq və təxribatların qarşısını almaq üçün hər zaman ayıq-sayıq olduğunu bilən sözügedən şəxslər təqdim edilən nüanslardan da göründüyü kimi qətiyyən narahat olmayıblar. Onlar öz sahiblərinin maraqlarına xidmət etmək üçün müxtəlif dolaşıq sxemlər üzrə izlərini itirməyə, öz aləmlərində xoşniyyətli görünməyə çalışıblar. Hazırda görülən tədbirlər isə onu göstərir ki, dövlət heç bir halda bu sxemlərə laqeyd qalmayıb və istənilən halda önləyici tədbirlərini görüb. Odur ki, məlum qruplarla təmasda olmuş və olmaqda davam edən şəxslər bir daha düşünməli, nə qədər ki, gec deyil, Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Feminist “Yuva” maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More