Gürcüstan Baş naziri Qərbə meydan oxudu: Qomelauri baş nazirin müavini təyin edilib

Gürcüstan Baş naziri İrakli Kobaxidze gözlənilməz qərar qəbul edərək, daxili işlər naziri Vaxtanq Qomеlaurini özünün müavini vəzifəsinə təyin edib. Bu təyinat Qomеlaurinin ABŞ və Böyük Britaniyanın sanksiya siyahısına düşməsindən qısa müddət sonra baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Müvafiq əmri İrakli Kobaxidze bu gün imzalayıb”, – deyə məlumatda əlavə edilib.

Beləliklə, bu gündən Gürcüstan hökumətində baş nazirin üç müavini olacaq: baş nazirin birinci müavini iqtisadiyyat naziri Levan Davitaşvili, müavinləri isə DİN rəhbəri Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovani.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More