İngiltərə nəhəngi “Mançester Siti” klubu “İnter Mayami”nin hücumçusu Lionel Messi üçün təklif hazırlayıb.
Oxu.Az “Tuttosport”a istinadən xəbər verir ki, argentinalı superulduzla “Mançester Siti” və baş məşqçisi Pep Qvardiola maraqlanır. İspan mütəxəssis “Mançester Siti”nin nəticələrini yaxşılaşdırmaq üçün Messini mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Qeyd olunub ki, “İnter Mayami”nin sahibi Devid Bekhem İngiltərədə gücünü sınamaq istəsə, futbolçunu buraxmağa hazırdır.
Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən “İnter Mayami”yə keçib. Ulduz hücumçu ABŞ klubunda keçirdiyi 39 matçda 34 qol vurub və 19 dəfə komanda yoldaşlarına assistentlik edib.