İran 40 ildir siyasi əlaqələri olmayan Misirdə səfirlik açmağa ümid edir

İran yaxın gələcəkdə Misir ilə diplomatik əlaqələri bərpa etmək ümidindədir.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə İran prezidentinin siyasi məsləhətçisi Mehdi Sənayi bəyan edib.

O, İranın dövlət başçısı Məsud Pezeşkianın D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qahirəyə səfərini şərh edib.

Sənayi iki ölkə arasında 40 ildən çoxdur ki, siyasi əlaqələrin olmadığını, ancaq ötən ildən etibarən münasibətlərin yaxşılaşdığını qeyd edib.

“Hər iki ölkənin münasibətləri bərpa etmək üçün lazımi iradəsi var və biz görülən tədbirlər sayəsində yaxın gələcəkdə səfirliklərin açılması səviyyəsinə çatacağımıza ümid edirik”, – deyə bildirib.

Qeyd edək ki, bu, İran prezidentinin Misirə 2013-cü ildən bəri ilk səfəridir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More