İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub

ABŞ-nin təhlükəsizlik xidməti İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdinin qarşısını alıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis məlumat verib.

“İsrail dövləti konsulluğumuza bugünkü hücum cəhdinin qarşısını almağa müvəffəq olmuş ABŞ təhlükəsizlik xidmətinin operativ fəaliyyətini və əməkdaşlığını yüksək qiymətləndirir”, – deyə israilli diplomat açıqlamasında qeyd edib.

Konsulluğa hücumu həyata keçirən şəxs artıq saxlanılıb, onun İŞİD də daxil olmaqla terror təşkilatlarının tərəfdarı olduğu müəyyən edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More