Polis saxta valyuta ilə alqı-satqı edən dörd nəfəri saxladı

Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı Elnur İsmayılov, 60 yaşlı İrac Nəsrullayev, 44 yaşlı Asif Vəliyev və 33 yaşlı İlham Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More