Polşa ilə Macarıstan arasında siyasi qalmaqal böyüyür

Macarıstanın Varşavadakı səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.

Bundan əlavə, Budapeştdə olan Polşa səfiri məsləhətləşmələr üçün geri çağırılacaq.

İki ölkə arasında gərginliyə səbəb Polşa Ədliyyə Nazirliyinin keçmiş rəis müavini Marçin Romanovskiyə Macarıstan hakimiyyəti tərəfindən siyasi sığınacağın verilməsidir.

“Macarıstan öhdəliklərinə əməl etməzsə, Polşa da Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq, Macarıstana qarşı işin başlanması üçün Avropa Komissiyasına müraciət edəcək”, – deyə Polşa XİN-in yaydığı bəyanatda qeyd olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More