Suriya həbsxanalarında istifadə edilən işgəncə alətləri

Suriyada süqut edən Bəşər Əsəd rejiminin Siyasi Təhlükəsizlik Xidmətinin Hələbdəki idarəsində işgəncə üçün istifadə edilən vasitələrin görüntülərini üzə çəkib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Xəbər agentliyinin paylaşdığı görüntülərdə idarə qapılarında məhbusların adları həkk olunmuş çoxsaylı kameralar və işgəncə alətləri insanları dəhşətə gətirib.

Müxbirlər təkadamlıq kameralarda tavandan asılan zəncir qandallar, qamçılar və göz üçün yapışdırıcı lentlər tapıblar.

Eyni zamanda, onlar mühafizəçilərin istifadə etdiyi sənəd qeydiyyat otaqlarında qadınların da olduğu bir çox insanın biometrik fotoşəkillərini də ortaya çıxarıblar. Videoda yemək və içki qalıqlarının olduğu da görünür. Bu isə yaxın müddətə qədər həmin yerdə bir çox insanın qaldığını sübut edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More