İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da ABŞ-nin aviazərbəsi nəticəsində məhv edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
“Dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı Suriyanın Deyr əz-Zor əyalətində Mahmud ləqəbi ilə tanınan İŞİD lideri Əbu Yusifə qarşı hava hücumu həyata keçirib”, – nəşr qeyd edib.
Qeyd olunur ki, terrorçulara endirilən zərbə nəticəsində daha bir İŞİD üzvü məhv edilib.
CENTCOM Forces Kill ISIS Leader During Precision Strike in Syria
On Dec. 19, U.S. Central Command Forces conducted a precision airstrike targeting ISIS leader Abu Yusif aka Mahmud in the Dayr az Zawr Province, Syria resulting in two ISIS operatives killed, including Abu… pic.twitter.com/g3nO68Ye1T
— U.S. Central Command (@CENTCOM) December 20, 2024