İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Meyson Maunt uzun müddətə sıradan çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim məlumat verib.
Mütəxəssis İngiltərə Premyer Liqasının XVI turunda baş tutan “Mançester Siti” ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnən futbolçunun bir neçə həftə oynamayacağını bildirib.
Qeyd edək ki, “Qırmızı şeytanlar” hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.