“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb”.
Oxu.Az “NTV”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib.
O bildirib ki, üçüncü tərəflər bu prosesə ədalətli və tərəfsiz şəkildə dəstək verməlidirlər.
Nazirlər, həmçinin Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan qeyd edib ki, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyət birgə səy göstərməlidir.
Nazirin sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən qısa zamanda başa çatması üçün danışıqlar prosesini dəstəkləyir.