Ucarda dekabrın 20-si gecə saatlarında kütləvi dava olub. Rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı”nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.
Bu zaman dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Döyülən Ə.Səlimovun sözlərinə görə, toy məclisindən çıxanda oğlunun vurulduğunu görüb: “Onlar içkili idilər. Yəqin özlərini göstərirdilər. Düşmənçiliyimiz də olmayıb. Burnumu sındırıblar, gözümün altını qaraldıblar. Oğlumun da burnuna yumruqla vurublar”.
Ətraflı Baku TV-nin süjetində: