Diddiyə qarşı daha iki zorlama iddiası: “İçkinin ilk qurtumundan başım gicəlləndi”

Daha iki qadın amerikalı reper Diddiyə (əsl adı Şon Kombs) qarşı zorlama iddiası ilə məhkəməyə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ portalı məlumat yayıb.

İddiaçılardan biri hadisənin 1991-ci ilin dekabrında Kombsun sponsor olduğu xeyriyyə basketbol tədbirində baş verdiyini deyib. Qadının sözlərinə görə, reper ona içinə nəsə qarışdırılmış qazlı su verib. İlk qurtumdan sonra başgicəllənmə hiss edən qadın tədbiri tərk etmək istəyib, lakin Diddi ona getməyə icazə verməyib və zorlayıb.

İkinci şikayətçi, Oklahoma ştatının sakini La-Troya Qreyson 2006-cı ildə Diddinin öz şərəfinə təşkil olunan gecədə ona narkotik verib zorlamaqda ittiham edir. Qadının qohumu radio müsabiqəsində qalib gəlib və Diddinin gecəsinə dəvət olunub, qadın da onunla gedib. İki kokteyl içdikdən sonra La-Troyanın halı pisləşib, gecənin qalanı yadında deyil, amma xəstəxanada cırılmış paltarda, alt paltarsız və pulsuz ayıldığını xatırlayır. Onu kimin zorladığını bilmir, lakin evə qayıtdıqdan sonra naməlum şəxs ona zəng edərək reperlə məhkəmə çəkişməsinin faydasız olacağını bildirib.

Kombsun vəkilləri ittihamları rədd edirlər.

Xatırladaq ki, sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Əgər reket məqsədilə sövdələşmədə təqsirli bilinərsə, Diddi ömürlük həbs cəzası ala bilər, digər ittihamlara görə də qanunda uzunmüddətli həbs cəzası nəzərdə tutulur.

Məhkəmə 2025-ci il mayın 5-də Nyu-Yorkda keçiriləcək.

Yeri gəlmişkən, məhkəmə dinləmələrində iştirak edən jurnalistlərdən biri üç ay ərzində heyrətamiz dərəcədə arıqlayan Diddinin görünüşündən heyrətə düşdüyünü deyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More