Hacıqabulda ölümlə nəticələnən qəza

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yolu keçən piyadanı vuraraq ağır xəsarətlər yetirib. Yaralı Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Tahir Yaqub oğlu Hüseynov Şirvan xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More