Hakan Fidan: “İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki vəziyyət və İsraillə İran arasında müharibə ehtimalı barədə danışıb.

Oxu.Az xəbər verir ki, XİN rəhbəri bu barədə “France 24” telekanalına müsahibəsində məlumat verib.

O, İranın zəifləməsi ilə əlaqədar bu müharibənin baş verə biləcəyi ilə bağlı suala cavab olaraq deyib:

“Hər hansı səbəbdən olursa olsun, bunun baş vermə ehtimalı var. Mənim bildiyim odur ki, iranlılar bunu istəmirlər. Böyük müharibədən qaçırlar. Mən bunu iranlı dostlarımla görüşdə öyrənmişəm”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More