“İmamlar dəyişir, lakin insanlar dəyişmir. İnsanların dini birliyi, milli-mənəvi dəyərlərə bağlılığı olmasa idi, biz insanları bir araya gətirə bilməzdik. Məcburiyyət ilə onları dost, qardaş, həmrəy edə bilməzdik”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Heydər Məscidinin imamı Hacı Rüfət Qarayev deyib.
O bildirib ki, ölkəmizdə həm multukultural dəyərlər, həm də tolerantlıq var:
“Eyni zamanda məzhəblər arasında birlik, vəhdət, həmrəylik, qardaşlıq var. Ölkə başçısının din nümayəndələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi ortadadır.
Heydər Məscidində 2015-ci ildən bu günə qədər, 10 ildir ki, Vəhdət namazları qılınır. Həm cümə namazları, həm də gündəlik namazlar, bayram namazları vəhdət şəkilində qılınır.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin təşkil etdiyi maarifləndirmə forumu əsas buna xidmət edir ki, ölkəmizin müxtəlif yerlərindən olan din nümayəndələri Heydər Məscidinə gəliblər. Onlar gəliblər ki, buradakı vəhdəti gözləri ilə görsünlər. Burada əməli olaraq Vəhdət namazı da qılınacaq”.
Aygün Mirakif