İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qurbanəfəndi kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumatlara əsasən, “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Oğuz rayon sakinləri, 2000-ci il təvəllüdlü Səfər Etibar oğlu Rəşidov və 2000-ci il təvəllüdlü Şükür Araz oğlu Şükürlu dünyasını dəyişiblər.
Daha iki nəfər, 1997-ci il təvəllüdlü Orxan Mehman oğlu Rəhimli və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Tural Eldar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.