Türkiyə nəhəngi “Qalatasaray” Fransanın “Lion” klubunun gürcüstanlı futbolçusu Jorj Mikautadzeni transfer etmək istəsə də, tələb olunan məbləğ keçidin gecikməsinə səbəb olub.
Oxu.Az “Ntvspor”a istinadən xəbər verir ki, Fransa klubu “Qalatasaray”dan keçid üçün 20 milyon avro tələb edib.
“Sarı-qırmızılar”ın rəsmiləri Mikautadzenin keçidi üçün maksimum 10 milyon avro ödəyə biləcəklərini deyiblər.
Qeyd edək ki, “Lion” forması ilə 20 oyunda meydana çıxan Jorj Mikautadze altı qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.