Britaniyanın Oksford Universiteti qəbul tələblərini azaldır.
Oxu.Az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.
“Oksford müəllimləri universitetin reputasiyasının zədələnə biləcəyindən qorxurlar. Çünki normal qəbul meyarlarına cavab verməyən tələbələr qəbul üçün ayrılan təxminən 10 yerdən birini tuta bilərlər”, – nəşrin materialında deyilir.
Universitet əməkdaşlarından biri bəyan edib ki, yeni proqramla qəbul olunan tələbələri şəxsən tanıyır və onlar savadlı dildə inşa yaza bilmirlər.
Nəşr qeyd edir ki, universitet tələbə qəbulunu artırmağı planlaşdırmır. Bu o deməkdir ki, ən yaxşı akademik göstəriciləri olan namizədlərin yerinə aztəminatlı ailələrdən olan abituriyentlər götürüləcək.