Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib

“Əgər ölkələr istixana qazı emissiyası qaydalarına əməl etmədiklərinə görə cəzalar tətbiq edən yeni qanuna əməl etsələr, Qətər Avropaya qaz tədarükünü dayandıra bilər”.

Oxu.Az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl-Kaabi “Financial Times” nəşrinə deyib.

2027-ci ildə qüvvəyə minəcək yeni qanuna əsasən, Avropa ölkələri şirkətləri illik gəlirlərinin 5%-i məbləğində cərimələyə bilər. Bununla belə, eyni zamanda, milli neft və qaz şirkəti “QatarEnergy”nin baş icraçı direktoru olan əl-Kaabi, şirkətinin gəlirinin 5%-nin Qətər üçün gəlir itkisi olduğundan şikayətlənib.

“Bu, xalqın puludur, ona görə də, mən bu pulları itirməyə hazır deyiləm. Heç kim bu cür pulu itirməklə barışa bilməz”, – o bildirib.

Xatırladaq ki, Qətər təbii qaz ehtiyatlarına görə dünyada üçüncü, hasilatına görə isə altıncı yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More