Suriyada Müdafiə Nazirliyinin rəhbəri bəlli oldu

Murhaf Əbu Kəsra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Suriya” telekanalı məlumat yayıb.

Məlumata görə, yeni nazir həm də Əbu əl-Həsən əl-Həmavi ləqəbi ilə tanınır.

Suriyanın “Əl Vətən” nəşrinin məlumatına görə, Əbu Kəsra “Heyət Təhrir əl-Şam” qruplaşmasının hərbi qanadının komandiri vəzifəsində çalışıb. O, ölkənin ən böyük şəhərlərini, o cümlədən Dəməşqi ələ keçirib, Prezident Bəşər Əsədin devrilməsini təmin edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More