Xaçmaz rayonunda qadın meyiti tapılıb.
Oxu.Az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.
Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz Rayon Prokurorluğu araşdırır.