ABŞ-nin Nebraska ştatının qubernatoru Cim Pillen atdan yıxılıb və xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “RIA Novosti” məmurun ofisinə istinadən məlumat verib.
Məlumata görə, ştat rəhbərinin ailə üzvləri ilə birlikdə at üzərində gəzintisi zamanı bədbəxt hadisə baş verib və Pillen yıxılaraq yaralanıb.
Xəstəxanaya yerləşdirilən qubernatorun bir neçə gün orada qalacağı gözlənilir. Ofisdən əlavə edilib ki, Pillen şüuru tam şəkildə yerindədir və daim öz komandası ilə əlaqə saxlayır.