Azərbaycanlı iş adamının 2.5 milyon manatını ələ keçirən şəxsin bəraəti ləğv edildi

Məşhur iş adamı Fəxrəddin Feyziyevin 2 milyonluq işi yenidən araşdırılacaq.

Oxu.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

F.Feyziyev cinayət işi üzrə zərərçəkmişdir. İttihama görə, o, Dubayda iş qurmaq vədi verən Elşən İsmayılova aldanıb. Nəticədə 2.5 milyon manatını itirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ittihamı təsdiq edərək E.İsmayılovu 10 il həbs cəzasına məhkum edib. Amma Bakı Apellyasiya Məhkəməsi hökmü qanunsuz hesab edib. Elşən bəraət alaraq azadlığa çıxıb.

Bu qərar isə prokuroru narazı salıb. Bir müddət sonra kassasiya şikayəti verilib. Yüksək instansiya məhkəməsi bəraət almış şəxsin əməlinə düzgün qiymət verilmədiyi qənaətinə gəlib. Bəraət qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişə və ya qüvvədə saxlaya da bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More