Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual məsələləri: Ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.
Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədən verilən məlumata görə, forumun “Dünyəvi dövlətdə dini təhdidlər: Siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: Nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.
Tədbir çərçivəsində “Qərbi Azərbaycan: Xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda fotosərgi də nümayiş etdiriləcək.
Məhərrəm Əliyev