İran “Hizbullah”ı silahla təmin etmək üçün hava dəhlizi axtarır

İran hökuməti Suriyadan Livana gedən quru yolu bağlandıqdan sonra hava dəhlizi axtarır.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə “The Times” xəbər yayıb.

Bildirilir ki, hava dəhlizinin məqsədi “Hizbullah”a silah tədarük etmək olacaq, bu isə İsrail və “Hizbullah” arasında imzalanmış son atəşkəs razılaşmasının pozulması deməkdir.

“Qərbli liderlər İranın silah qaçaqmalçılığına görə regiondakı əsas hava limanını itirməsindən və indi Beyrut hava limanını yeni logistika mərkəzinə çevirməyə çalışmasından narahatdırlar. Dəməşqin əvəzinə Beyrut silah qaçaqmalçılığı üçün tranzit məntəqəyə çevriləcək”, – deyə nəşrdə bildirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More