Məşhur türkiyəli müğənninin Murat Kekillinin anası Sıdıka Kekilli 84 yaşında vəfat edib.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, bir müddət xəstəxanada müalicə olunan qadın yaşla bağlı xəstəliklər səbəbindən ötən gün dünyasını dəyişib.
Sıdıka Kekillinin bu gün baş tutan dəfn mərasiminə Murat Kekilli ilə yanaşı ailəsi, yaxınları, siyasətçilər və çox sayda insan qatılıb. Qadının cənazəsi ailə qəbiristanlığında torpağa tapşırılıb.