“m10” elektron pulqabının “BakıKart bileti” bölməsində problem yaranıb.
Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu “PashaPay” şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
“Bu, texniki xətadır. Həddindən artıq yüklənmə var, sistem çöküb. Problem 15-20 dəqiqəyə həll olunacaq”.
Məhərrəm Əliyev