Oğuz rayonunda qəzaya düşən iki nəfərin SON VƏZİYYƏTİ açıqlandı

Ötən gün Oğuz rayonu Bayan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alnların son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

“22 dekabr saat 13:06-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 2006-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın səthi travması, başın açıq yarası, sol mil biləyin səthi travması, 1987-ci il təvəllüdlü (kişi cinsli) şəxsə isə başın səthi travması, başın açıq yarası, körpücük oynağın çıxığı, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.

Daha sonra zərərçəkmişlər ixtisaslı yoxlanış üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar”, – deyə məlumatda bildirilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, xəsarət alanlardan biri artıq evə buraxılıb, digəri isə vəziyyətinin ağır olması səbəbindən Bakıdakı xəstəxanaların birinə təxliyə olunub.

“1987-ci il təvəllüdlü Qafqaz Əsgərova tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2006-cı il təvəllüdlü Eyvazov Kənan isə kəllədaxili travma aldığı üçün göndərişlə Bakıya təxliyə olunub”.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More