Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb

Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More