Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş

İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhərində yaşayan Kəlbəcər sakini Asəf Xanmuradov Goranboyun Nizami kəndinə gedərək oradakı evin həyətində özünü asıb.

Araşdırmalar zamanı hadisənin baş verdiyi həyətin Asəfin qayınatasına məxsus olması müəyyənləşib.

Onun qayınatası Kamal Əkbərov və qayınanası Aidə Əkbərova 50 gün əvvəl burada dəm qazından boğularaq ölüblər.

Şənbə günü isə Asəf evdən işə getmək adı ilə çıxıb. Lakin işə getməyərək qayınatasıgilin evinə yola düşüb və oradan qohumlarının telefonuna lokasiya göndərib. Bundan sonra A.Xanmuradovdan xəbər almaq mümkün olmayıb. Qohumları və ailə üzvləri Goranboyun Nizami kəndindəki ünvana gedərək Asəfin həyətdəki çardaqdan asılı halda qalmış meyitini aşkar ediblər.

Bildirilir ki, 40 yaşlı Asəf Xanmuradovun bir qardaşı da illər öncə işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More