Rusiya kəşfiyyatından iddia: Moldova prezidenti Dnestryanıda müharibəyə başlayır?

“Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumata əsasən bildirib.

Kəşfiyyat Xidmətindən qeyd edilib ki, Maya Sandu bu yaxınlarda ölkə hökumətinin rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri üzrə görüş keçirib.

“Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və Rusiyanın bölgədə sülhməramlı mövcudluğunun aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb”, – deyə məlumatda nəzərə çatdırılıb.

“Heç kim təminat verə bilməz ki, Moldova prezidenti həqiqətən də regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, – deyə Xarici Kəşfiyyat Xidməti vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More