Sumqayıtda quldurluqla 127 min manat pulu ələ keçirən daha bir şəxs HƏBS EDİLİB

Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.

Oxu.Azın əldə etdiyi məlumata görə, saxlanılan şəxs 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Namiq Məhəmməd oğlu Pirməmmədovdur.

O, “Linkoil” MMC-nin əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparıb. Quldurluğa məruz qalan avtomobilin “Linkoil” MMC-yə məxsus olduğu bildirilir.

N.Pirməmmədovun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.

Xatırladaq ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da saxlanılıblar.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More