Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: “Çıxardığım əmanəti geri aparıram”

İşğaldan azad olunan ərazilərə vaxtilə el-obalarından didərgin düşən sakinlərimizin köçü davam edir.

32 ildir Kürdəmirdə məskunlaşan Mehdiyevlər ailəsinin də sevincinin həddi-hüdudu yoxdur. Doğma yurduna qayıdan Amaliya Mehdiyeva bu günləri səbirsizliklə gözlədiyini deyərək sevinc hisslərini bölüşüb.

“Şuşadan çıxanda ancaq canımızı xilas edə bilmişdik. Bir də uşaqların paltarını yığdığım çamadanı və sənədləri götürə bilmişdim. 32 il əvvəl Şuşadan çıxardığım əmanəti indi geri qaytarıram”, – deyə o söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: “Çıxardığım əmanəti geri aparıram”







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More