Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır

Əgər Suriyada olan kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edərsə, Ankara və Dəməşq onlara qarşı birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Oxu.Az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakimiyyətinə yaxın mənbədən məlumat verilib.

Belə ki, Suriyada müvəqqəti hökumət qurulduqdan dərhal sonra PKK (Kürdüstanın Fəhlə Partiyası) və İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına silahlarını yerə qoymaq barədə çağırış ediləcək.

“Əgər silahlı qruplaşmaların cavabı mənfi olarsa, Suriya ordusu və Türkiyə silahlı qüvvələri ərazilərin azad edilməsi üçün birgə hərəkətlərə başlayacaq”, – deyə mənbə vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More