Husilər Təl-Əviv yaxınlığına raket zərbəsi endirdilər

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endiriblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların nümayəndəsi Yəhya Səriya husilərə məxsus “Əl Məsirə” telekanalının efirində bildirib.

Daha əvvəl İsrail ordusu Yəməndən atılan raketin ölkənin hava məkanına daxil olmadan əvvəl tutulduğunu qeyd edib. Təl-Əvivdə hava hücumu xəbərdarlığının elan edilməsindən sonra 20-yə yaxın sakin yaralanıb. Onlar sığınacaqlara qaçarkən xəsarət alıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More