İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib

İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması ilə bağlı Nazirliyin hədəflərini diqqətə çatdırıb.

Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdan xüsusi önəm kəsb edir və bu, gələcək uğurların əsas şərtlərindəndir.

Tədbirdə Azərbaycan Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib. Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.

Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa qurumun təşəkkürnamələri təqdim edilib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More