İran Suriyaya bütün aviareysləri dayandırdı

İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə iki ölkə arasında hava əlaqələri razılaşdırılmadığı üçün Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzane xəbər yayıb.

O qeyd edib ki, hava əlaqələrini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır.

“Hazırda Suriyaya uçuşlar yanvarın 22-dək qadağandır, lakin Livana heç bir məhdudiyyət yoxdur”, – deyə təşkilat rəhbəri bildirib.

O, Misirlə də eyni vəziyyətin mövcud olduğunu deyib.

“İki ölkənin hakimiyyəti İrandan Misirə və geriyə uçuşları həyata keçirə bilməyimiz üçün vahid nəticəyə gəlməlidir”, – deyə Purfərzane əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More