İran və Suriya diplomatiya yolunda: Səfirliklər yenidən açılacaq?

İran və Suriya səfirliklərinin fəaliyyətlərinin yenidən bərpa edilməsi üçün danışıqlar aparılır.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bildirib.

O, çıxışında Suriyadakı son hadisələrə münasibət bildirib və qeyd edib ki, Tehran üçün əsas məsələ Suriya xalqının istəyinə əsaslanan bir hökumətin qurulmasıdır.

“Suriyanın ərazi bütövlüyünün qorunması İranın çox mühüm prioritetlərindən biridir. Səfirliklərin fəaliyyətinin bərpasına gəlincə, bizim yanaşmamız hər zaman olduğu kimi diplomatikdir. İran və Suriya buna hazırdır və səfirliklərin yenidən fəaliyyət göstərməsi üçün danışıqlar aparılır”, – deyə Mühacirani vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More