İranda “Whatsapp” və “Google Play”ə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, İranda hakimiyyətin nümayəndələrinin, nazirlərin və virtual məkana nəzarət şurası üzvlərinin iştirakı ilə keçirilən iclasda bu haqda müsbət qərar qəbul edilib.