2024-cü ilin yanvar-noyabr ayları arasında dünya üzrə 117 663 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub və onlardan 263-ü dünyasını dəyişib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq hesabatında bildirilir.
Yoluxma hallarının əksəriyyəti – 71,2%-i Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikası (KDR), Burundi və Uqandada qeydə alınıb.
Qeyd olunur ki, bu bölgədən kənarda – Avstraliyadan da çoxlu sayda xəstəliyə dair təsdiqlənmiş xəbərlər gəlməyə davam edir.