Şəki-Qax yolunda avtomobil aşıb: Xəsarət alanlar var

Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Şəki rayonunun İnçə kəndi ərazisində “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan iki nəfər -1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1986-cı il təvəllüdlü Röyal Həmidov xəsarət alıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More